“Sülhməramlıların buraxılış məntəqələrində yoxlanılması daimi olmalıdır” – Azad İsazadə

 

“Ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ordusu tərəfindən saxlanılaraq yoxlanılması, bu zaman avtomobillərdən birində 5 ədəd avtomat aşkar edilməsi və sülhməramlıların avtomobilinin nəzarət buraxılış məntəqəsinə buraxılmaması zənnimcə, müsbət haldır. Açığı, mən düşünmürəm ki, bu düşünlmüş formada Rusiya dövləti tərəfindən edilib. Mümkündür ki, hansısa zabitlər qaçaqmalçılıqla məşğul olur, ermənilərdən pul alıblar və bunun müqabilində onlara silah daşıyırlar. Sadəcə istisna edilməməlidir ki, rus sülhməramlıların rəhbərləri bunu dolu avtomobillərlə edə bilər”.

Bunu hərbi ekspert Azad İsazadə dünən sülhməramlıların Azərbaycan ordusu tərəfindən yoxlanılması zamanı qanunsuz silah-sursat daşınmasını şərh edərkən deyib.

Hərbi mütəxəssis qeyd edib ki, müharibə dövründə yüzlərlə erməni əsgəri silahını ataraq qaçıb: “Mümkündür ki, bu silahlar rus zabitlərin əlinə keçib və indi onlar belə ticarətlə məşğuldur. Əslində Azərbaycan əsgərləri doğru edərək nəzarət məntəqələrində belə yoxlanışlar həyata keçirir: “Mən hesab edirəm ki, bu cür yoxlamalar hər gün olmalıdır. Bütün yollarda -zolaq boyu buna ehtiyac var. Aydındır ki, sülhməramlılar Azərbaycandan silah aparmayacaq. Amma Ermənistanla Xankəndi arasında hansısa cığırlar, kiçik yollar var. Biz məcbur olacağıq ki, hər yerdə post quraq və sülhməramlıları yoxlayaq. Niyə? Çünki bir fakt varsa, məntiqlə yüzü də ola bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password