Qərb nazirləri Lavrovu boykot etdi – Rusiya XİN rəhbəri G-20 sammitini yarımçıq tərk etdi + FOTOLAR

 

Birləşmiş Ştatlar və Qərb müttəfiqləri cümə günü İndoneziyanın Bali kurort adasında keçirilən G20 sammitində Rusiyaya Ukraynadakı əsassız işğalçı müharibəyə görə sərt təzyiq göstəriblər. Lakin Moskvanın nümayəndəsi, xarici işlər naziri Sergey Lavrov inadkarlığını davam etdirib.

Bu barədə “Al – Monitor” jurnalı xəbər verib ABŞ Dövlət katibi Antoni Blinken və rusiyalı həmkarı Sergey Lavrov müharibə başlayandan sonra ilk dəfə üz-üzə gəlib və toplantıda iştirak edib. Ev sahibi dərhal onlara münaqişənin danışıqlar yolu ilə bitməli olduğunu söyləyib.

Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir ki, sammitdən əvvəl Blinken fransalı və almaniyalı həmkarları və yüksək rütbəli Britaniya rəsmisi ilə görüşüb, onlarla Rusiyanın Ukraynadakı işğalçı müharibəsini müzakirə edib. Nazirlər Rusiyanın Ukraynanın kənd təsərrüfatını qəsdən hədəfə alması nəticəsində yaranan qlobal ərzaq təhlükəsizliyi ilə bağlı problemlərin həlli yollarını nəzərdən keçiriblər.

Sammitdə Blinken Lavrovla görüşdən yayınıb və əvəzində Rusiyanı qlobal ərzaq böhranına səbəb olmaqda ittiham edərək, Moskvadan müharibədən əziyyət çəkən Ukraynadan taxıl daşınmasına icazə verməsini tələb edib.

“Ukrayna sizin ölkəniz deyil. Onun taxılı sizin taxılınız deyil. Niyə limanları bağlayırsız? Siz taxılı buraxmalısınız”, – deyə Blinken bildirib.

Sergey Lavrov isə çinli həmkarı Vanq Yi ilə görüşüb. Nazir daha əvvəl jurnalistlərə Vaşinqtonla danışıqlardan “qaçmayacağını” bildirib.

“Əlaqəni itirən biz yox, ABŞ oldu. Qərb tərəfdaşlarımız qlobal iqtisadi məsələlər barədə danışmaqdan yayınmağa çalışırlar”, – o əlavə edib.

Üç diplomatik mənbənin “Frans Press” agentliyinə verdiyi məlumata görə, danışıqların günorta sessiyasında görüşdə virtual olaraq Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba çıxış edərkən Lavrov iştirak etməyib.

Qeyd edək ki, G-20 saamitində birgə foto çəkilməyib. ABŞ rəsmisi Vaşinqtonun Lavrovla birgə fotoda yer almaqla İndoneziyanı utandırmaq istəmədiyini bildirib. ABŞ-la yanaşı G-7 ölkələri də rəsmi foto çəkiminə qatılmaqdan imtina ediblər. İndoneziya hökumət rəsmisi AFP-yə bildirib ki, G -20 nazirlərinin rəsmi birgə şəkli olmayacaq. Daha sonra Ukraynanı açıq dəstəkləyən ölkələr Lavrovla birgə işçi nahara qatılmaqdan imtina ediblər.

Günorta isə Sergey Lavrov G20 sammitini tərk edib. XİN rəhbərinin sammitin günortadan sonrakı hissəsində – rəsmi naharda və işçi sessiyasında iştirak etməyəcəyi açıqlanıb

Lavrov Qərb ölkələrini “nəzakət və etiket qaydalarını anlamadıqlarına” görə qınayıb.

/AzPolitika.info/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password