Çempionlar Liqasında SENSASİYA

 

Aprelin 12-də futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab görüşlərinə start verilib.

Cavab oyunları çərçivəsində Almaniyanın “Bavariya” İspanyanın “Vilyareal” klubunu qəbul edib.

İlk oyunda doğma azarkeşlər önündə Almaniya “Bavariya”sını 1:0 hesabı ilə məğlub edən La Liqa təmsilçisi cavab görüşdə 1:1 hesablı heç-heçəyə nail olub.

Oyunda ilk qolu 52-ci dəqiqədə Robert Levandovski vurub. Qonaqlar 88-ci dəqiqədə Samuel Çukvuezenin qolu ilə hesabı bərabərləşdiriblər. Bu nəticə ilə “Vilyarreal” sensasiya yaradıb yarımfinala vəsiqə qazanıb.

Digər oyunda İspaniyanın “Real Madrid” klubu doğma divarlar arasında turnirin son qalibi olan İngiltərənin “Çelsi” klubuna 2:3 hesabı ilə uduzsa da, ilk matçdakı qələbə (3:1) sayəsində adını növbəti mərhələyə yazdırıb.

Beləliklə, 1/2 finalda “kral klubu” “Atletiko” Madrid (İspaniya) – “Mançester Siti” (İngiltərə) cütünün qalibi ilə, “Vilyareal” isə “Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya) cütünün qalibi ilə görüşəcəklər.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
12 aprel

Real (İspaniya) – Çelsi (İngiltərə) 2:3
Qol: Rodriqo, 80. Benzema, 96 – Maunt, 15. Rüdiger, 51. Verner, 75.
İlk oyun – 3:1

Bavariya (Almaniya) – Vilyarreal (İspaniya) 1:1
Qol: Levandovski, 52 – Çukvueze, 88.
İlk oyun – 0:1

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password