Yeni nazir müavinləri kimdir? – Dosye

 

Xəbər verildiyi kimi Prezident İlham Əliyevin sərəncamı ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan gənclər və idman nazirinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, İndira Hacıyeva əmək fəaliyyətinə 1982-ci ildə Elmlər Akademiyası Kosmik Tədqiqatlar ETB-nin Yer Ehtiyatları Kosmik Tədqiqatlar İnstitutunda mühəndis kimi başlayıb. Müxtəlif dövlət orqanlarında çalışıb.

2000-2001-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdir, 01.06.2001-01.09.2001 tarixdə Gənclər, İdman və Turizm Nazirliyinin Uşaq və Gənclərlə iş üzrə Baş İdarəsinin Uşaqlarla iş şöbəsində baş təlimatçı və şöbə rəisi, 2003-2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyinin Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi, 2009-2012-ci illərdə Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olub.

2012-ci il tarixdən nazir müavini təyin olunanadək Nazirliyin Gənclərlə iş şöbəsinin müdiri olub.

Digər nazir müavini vəzifəsinə təyinat alan Mariana Vasileva isə 1974-cü ildə Bolqarıstanda dünyaya gəlib. O, Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi işləyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password