Paytaxtın görünməyən piyada zolaqları – Ekspert

 

Paytaxtın piyada zolaqları ürəkaçan səviyyədə deyil. Bəzən bu zolaqlar yol keçməyə yox, ölümə keçid olur. Piyada zolaqlarının ətrafında işarələrin olmaması, zolaqların rənginin solması qaranlıqda və yağışlı havada piyadalarla yanaşı, sürücülər üçün də təhlükə yaradır.

Bununla bağlı açıqlama verən nəqliyyat üzrə ekspert Aqil Rəhimov bildirib ki, paytaxtdakı bəzi piyada keçidləri standartlara uyğun deyil.

“Qaydalara görə, asfaltda piyada keçidi çəkilibsə, mütləq yolun sağında və solunda nişanlar olmalıdır. Təəssüf ki, Bakıda bəzi yerlərdə piyada nişanları qoyulmayıb. Qaranlıqda, yağışlı havada piyada zolaqları görünmür. Bu da yol qəzalarına səbəb olur. Lakin yaxşı hallar da var. Son vaxtlar şəhərdəki piyada keçidlərində sağda və solda yanıb-sönən fənərlər qoyublar. Bu, təhlükəsizliyi artırır. Bəzi ölkələrdə piyada keçidinin üzərində yanan lampalar var. Sürücü yaxınlaşanda piyada keçidi işıqlandırılır. Piyadanın vurulması şansı həddən artıq azalır. Yaxşı olar ki, bu, bizdə də olsun”, – ekspert bildirib.

Onun sözlərinə görə, yüksəksürətli yollarda piyada keçidlərinin bir-birindən uzaqlığı qaydalara uyğun gəlmir:

“Piyada keçidləri bir-birindən oə qədər uzaqdır ki, insanlar məcbur qalıb yüksək sürətli yolu qanunsuz keçir. Yüksəksürətli yollarda yerüstü və yeraltı piyada keçidləri 500 metrdən uzaq olmamalıdır. Piyadalar elə bilirlər ki, axşamlar avtomobilin işıqları yanırsa, onları sürücü görür, heç bir qəza olmaz. Başa düşmürlər ki, qarşıdan gələn avtomobilin işıqları sürücünün gözünə düşür və piyadanı görmür. Piyadaların çoxu axşam qaranlıqda qara geyinir, bu da sürücünün onları görməsinə mane olur. Başqa ölkələrdə piyadalar xüsusi işıqqaytarıcı gödəkçələrdən, qolataxılan kəmərlərdən istifadə edirlər. Piyadalara məsləhət görərdim ki, axşam saatlarında çölə çıxarkən üzərlərində ağ rəng çaları olsun”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password