Paşinyanın böyük qorxusu: “Rusiya özünün də istədiyi bu addımı atsa…”

 

“Ermənistanın yeni müdafiə nazirin təyinatından bir gün keçməmiş ciddi çağırışla üz-üzə qalıb”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan-Azərbaycan sərhədlərindəki son gəlişmələrə diqqət çəkib:

“Sərhəddə son toqquşmaları necə qiymətləndirmək olar? Baş verənlər gözlənilən idi. Çünki müharibə bitsə də, tərəflər arasında sülh sazişi imzalanmayıb, sərhəd müəyyənləşməyib, dəhliz açılmayıb. Bu qeyri-müəyyənlikdir. Odur ki, belə vəziyyətdə gərginlik azalmayacaq. Köhnə status-kvo yoxdur, təzəsi isə hələ formalaşmayıb. Bu durumda güclü tərəf – Azərbaycan zəif tərəfə – Ermənistana öz şərtlərini diktə etməlidir.

Birincisi, Azərbaycan ordusu sərhəddə möhkəmləndikcə, bu Ermənistanda neqativ reaksiya doğuracaq və qarşı tərəf təxribata meyllənəcək ki, guya hələ müqavimət gücü var. Reallıqda isə yenə itki verirlər, həm ölürlər, həm də əsir düşürlər. Bu Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq, daha çox xaosa sürüklənəcəklər. Ermənistanın yeni müdafiə nazirin təyinatından bir gün keçməmiş ciddi çağırışla üz-üzə qalıb.

İkincisi, Azərbaycan Ermənistana hərbi nöqteyi-nəzərdən təzyiqi artırmalıdır ki, rəsmi İrəvan Bakı ilə masada oturmağa məcbur qalsın. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiya və demarkasiya müzakirələrinə başlamağa qorxur. Çünki bilir ki, ağası Rusiyanın da tərəfdar olduğu danışıqlar başlasa, müəyyən ərazilərdən vaz keçməli olacaq və bu onun reytinqinə zərbə vuracaq. Ancaq bu onun problemidir. Bizim vəzifəmiz isə Paşinyanı yeni razılaşmalara məcbur etməkdir. Bunun üçün isə Ermənistana hərbi təzyiqi artırmaq məcburiyətindəyik. Hazırda bu proses gedir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password