Ermənistan 12 hərbçisinin əsir düşdüyünü etiraf etdi

 

Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdə 12 hərbçisinin əsir düşdüyünü bəyan edib.

Bununla bağlı məlumat nazirliyin rəsmi internet saytında yayımlanıb.

Məlumatda qeyd olunur ki, əsir düşənlərin 7-si müddətdən artıq xidmətdə olan hərbçilərdir. Nazirlik itkilərlə bağlı məlumatların dəqiqləşdirildiyini bildirib.

Həmçinin, bildirilir ki, döyüş əməliyyatları səngiməyib./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password