Münaqişə niyə Qarabağdan Ermənistan-Azərbaycan dövlət sərhədinə keçir?

“Kim nə deyir desin, bu gün böyük güclərin marağına uyğundur ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişə aktuallığını saxlasın. Söhbət heç də Qarabağdan getmir. Məsələ ondadır ki, regionda marağı olan böyük güclər anlayır ki, Qarabağda gərginliyi davamlı olaraq saxlamaq artıq xərc tələb edir. Buna görə də düşünürəm ki, münaqişə strateji olaraq Qarabağdan Ermənistan-Azərbaycan dövlət sərhədinə keçir. Hazırda sərhədboyu təxribatlar, gərginlik bunun sübutudur”.

Bunları açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Tofiq Zülfüqarov: “Hiss olunur ki, Patruşevin səfəri vacib bir səfərdir”

Diplomatın sözlərinə görə, münaqişənin Qarabağdan Ermənistan-Azərbaycan dövlət sərhədinə keçməsi regiona müşahidəçilərin peyda olmasına, həmsədrlərin monitorinqlərinə səbəb olacaq: “Bu gün Ermənistanın Azərbaycana qarşı aktiv hərbi əməliyyatlara başlamaq potensialı yoxdur. İndiki halda Ermənistanda bir çox güc mərkəzləri fəaliyyət göstərir. Hansı ki, bu güc mərkəzlərinin bir hissəsi Paşinyanı, digər bir hissəsi Köçəryanı dəstəkləyir. Hətta siyasətdən uzaq qalmalı olan ordu belə bu güc mərkəzlərinin təsirindədir. Təsadüfi deyil ki, Ermənistanda son ildə 4 dəfə müdafiə naziri dəyişib. Bu mənada hesab edirəm ki, hazırkı siyasi böhran istər sərhəddə, istərsə Ermənistan daxilində davam edəcək”./sfera.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password