Xocalı aeroportunda Rusiyanın “Mi-17” hücum helikopteri görüntüləndi… – NƏ BAŞ VERİR?

 

“Bu arada Rusiya sülhməramlıları İvanyan(Xocalı) hava limanında iki “Mi-17” hücum helikopteri yerləşdirib”.

Bu məlumat sosial şəbəkələrin erməni seqmentində “Biz-Norayr Mirzooyanıq” adlı qrup tərəfindən paylaşılıb.

“Xatırladaq ki, üçtərəfli razılaşmaya əsasən, Rusuya tərəfindən Artsaxda (Qarabağ) 90-a qədər zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilə bilər. Təbii ki, döyüş və hücum aviasiyasından söhbət gedə bilməz. Beləliklə, faktiki olaraq, Artsaxda (Qarabağ) bizim hücum silahlarına malik və kimə qarşı nəzərdə tutulduğu, əlbəttə ki, bilinən tam hüquqlu Rusiya hərbi bazamız var…”- deyə məlumatda bildirilir.

Zəruri şərh:

Peyk proqramları vasitəsilə izlədikdə Xocalı hava limanında doğrudan da ermənilərin fotoda göstərdiyi eyni helikopter kadrları görünür. Düzdür, onun məhz hansı markalı hava gəmisi olduğunu deyə bilmərik. Amma bu, açıq-aşkar Rusiya tərəfinin 10 noyabr razılaşmasını pozmasını təsdiqləyən daha bir faktdır. Və Rusiya Qarabağda vertolyotlara malik olmasını heç gizlətmir də… Bir müddət öncə – sentyabrın 21-də Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan məlumata əsasən, Xocalı hava limanında Rusiya sülhməramlı(?) kontingenti “Mi-8”- “Terminator” vertolyotu, ordu aviasiya pilotlarının, hərbi qulluqçularının və xüsusi təyinatlı dəstənin tibb mütəxəssislərinin iştirakı ilə Qarabağ dağlarında şərti yaralıların təxliyəsi üzrə təlim keçirib…

Söhbət ondadır ki, revanşist ruhlu haylar sözügedən faktdan məhz Rusiya “sülhməramlı”ları tərəfindən separatçı-terrorçu rejimə təhvil verilmiş terrorçu Norayr Mirzoyanın Şuşada Azərbaycan hərbi postuna qarşı keçirdiyi son terror aktından sonra Qarabağ və Ermənistandakı erməniləri Azərbaycana qarşı mübarizəyə ruhlandırmağa çalışır… Demək istəyirlər ki, narahat olmayın Moskva arxamızdadır… Əslində bu ruhlandırmanı Putinin rəhbərliyi ilə Kreml həyata keçirir… /moderator.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password