Sergey Markov: “Sülhməramlıların silahdan yalnız iki halda istifadə etmək hüququ var”

 

“Sülhməramlıların silahdan yalnız iki halda istifadə etmək hüququ var: Canlarını və mülki vətəndaşları qorumaq üçün”.

Bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Şuşa yaxınlığında dünən baş vermiş terror aktını şərh edərkən deyib.

Сергей Марков: «Азербайджан в шаге от полной победы» - «У АРМЕНИИ ЕСТЬ ШАНС»

O, Qarabağda Azərbaycanın müvəqqəti nəzarətində olmayan ərazilərdə silahların və hərbiləşdirilmiş dəstələrin olmasını böyük problem adlandırıb.

“Rusiya sülhməramlılarının antiterror əməliyyatı keçirmək mandatı yoxdur. Bu, sazişi imzalayan digər ölkələr – Azərbaycan və Ermənistanla razılaşdırılmalıdır. Fikrimcə, sülhməramlılar silahların yığılması üçün hansısa əməliyyatlar aparmalıdırlar. Amma bunun üçün mandatlarını genişləndirməlidirlər. Bu, növbəti danışıqların mövzusu olacaq. Problemi həll etmək lazımdır.
​​​​​​​Qarabağın Azərbaycanın nəzarətində olmayan ərazilərində müxtəlif dərəcədə Ermənistan silahlı qüvvələrinə bağlı olan hərbiləşdirilmiş qruplar sərbəst fəaliyyət göstərir. Həmin qüvvələr təhlükəsiz şəkildə terror hücumlarını hazırlaya bilir və bu, böyük problemdir.

Əgər vəziyyət həll olunmasa, bu o deməkdir ki, Azərbaycan tərəfi belə bir əməliyyatı özü, o cümlədən, gördüyümüz kimi, hansısa silahların daşınması üçün istifadə olunan Laçın dəhlizində həyata keçirmək hüququ əldə edir”, – deyə politoloq bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password