Ermənilərin vəhşilikləri nasistləri xatırladır – Korotçenko

 

Ermənistanda nasist cinayətkarları qəhrəmanlaşdırırlar. Buna sübut kimi İrəvanda Qaregin Njdeyə abidə ucaldılmasını göstərmək olar. SSRİ dövründə onun əməllərinə görə edam edilməməsinin səbəbi həmin vaxtadək ölüm hökmünün ləğv edilməsi olub.

Bunu rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) təşkil etdiyi dəyirmi masada bildirib.

“Təsadüfi deyil ki, Azərbaycan ərazilərini işğal etmiş ermənilər bir vaxtlar mövcud olmuş şəhərlərin əvəzində yandırılmış torpaqlar qoyub getdilər. Ermənilərin bu ərazilərdə törətdikləri vəhşiliklər də nasistləri xatırladır”, – Korotçenko bildirib və beynəlxalq ictimaiyyətin bu faktları müzakirə etməməsindən təəssüfləndiyini əlavə edib.

Korotçenko Azərbaycanın İkinci Dünya müharibəsindəki qələbəyə töhfəsini vurğulayaraq, Azərbaycan nefti olmasaydı, bu qələbənin qeyri-mümkünlüyündən danışıb:

“Azərbaycan SSRİ-nin İkinci Dünya müharibəsindəki qələbəsində ən vacib amil olub”.

Rusiya və Türkiyə arasında qarşılıqlı əlaqələr haqqında sualı cavablandıran Korotçenko ümumilikdə ölkələr arasında münasibətlərin çox yaxşı inkişaf etdiyini, lakin bəzi məsələlərdə ziddiyyətlərin mövcud oluğunu qeyd edib:

“Ümumilikdə, Türkiyə Rusiyanın vacib tərəfdaşıdır. Rusiya Türkiyənin ondan silah almasını müsbət qarşılayır”.

Eyni sualı cavablandıran rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov ölkələrin Qarabağla bağlı məsələlərdə çox fəal əməkdaşlıq etdiyini bildirib.

Onun sözlərinə görə, Türkiyənin NATO-ya üzvlüyü ona Rusiya ilə münasibətləri inkişaf etdirməyə mane olur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password