Həmsədrlər oyundankənar vəziyyətdə: “Bircə rus diplomat rahatdır”

 

“Həmsədrlərin özləri də anlayırlar ki, oyundankənar vəziyyətdə qalıblar və bölgəyə gələcək səfələrinin əhəmiyyəti yoxdur”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert ATƏT-in Minsk qrupu həmsdərlərinin Ermənistan-Azərbaycan məsələsi ilə bağlı fəallaşma səylərinə diqqət çəkib:

“ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 10-da Parisdə ayrı-ayrılıqda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla və Fransanın xarici işlər naziri Jan-İv Lyö Drian görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Həmsədrlər bu görüşlərdən bir gün sonra ortaq bəyanatla çıxış ediblər.

Birincisi, həmsədrlər və xarici işlər nazirləri gərginliyin azaldılması ilə bağlı Nyu-Yorkda başlanan danişıqları, gələcək görüşləri və həmsədrlərin regiona mümkün səfərini müzakirə ediblər.

İkincisi, həmsədrlər və nazirlər 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qəbul edilmiş öhdəliklərin icrasını da müzakirə ediblər.

Üçüncüsü, həmsədrlər humanitar məsələlər, o cümlədən məhbuslar, minaların təmizlənməsi, itkin düşmüş şəxslər, mədəniyyət obyektlərinin və köçkünlərin könüllü geri qaytarılması ilə bağlı irəliləyişi təsdiqləyiblər.

Dördüncüsü, həmsədrlər həmçinin qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə çagırıblar”.

Elxan Şahinoğlu həmsədrlərin bəyanatlarını “boş söz yığnağı” adlandırıb:

“Həmsədrlərin özləri də anlayırlar ki, oyundankənar vəziyyətdə qalıblar və bölgəyə gələcək səfələrinin əhəmiyyəti yoxdur. Həmsədlərin içərəsində bircə rusiyalı diplomat rahatdır ki, ölkəsi Qarabağ məsələsində əsas vasitəçi statusunu əldə edib. Bu bəyanatın mətnindən də görünür ki, həmsədlər üçün fəaliyyət sahəsi qalmayıb.

Bəyanatda vurğulanan “əsirlərin dəyişdirilməsi”, “minaların təmzinlənməsi” və digər məsələlərin həlli ilə ayrı-ayrı dövlətlər və birliklər – Rusiya, Gürcüstan, ABŞ və Avropa İttifaqı məşğul olurlar, onların özlərinə isə həmsədrlik institutu gərəkli deyil. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə gəldikdə, o, vəzifəsini faktiki müharibədən sonra itirib. Çünki onun səlahiyyətləri Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə monitorinq xidmətinə keçib”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password