Van gölünün inanılmaz faydası: Koronavirusdan qoruyur…

Dünyanın ən böyük sodalı gölü olan Vanın suyu ilə hazırlanan sprey koronovirusun yayılmasının qarşısını alır.

Spreyi türkiyəli mütəxəssis Harun Cansız hazırlayıb.

Mütəxəssisin 60 koronavirus xəstəsi üzərində apardığı araşdırma zamanı 30 xəstə bu spreydən istifadə edib. Sprey istifadə edən xəstələrin daha az virus daşıyıcısı olduğu aşkarlanıb. Həmin xəstələr virusu daha yüngül keçiriblər.

Tədqiqatlarda iştirak edən mütəxəssis Mehmet Tatlı bildirib ki, mütəmadi olaraq Van gölündə çimən şəxslərin digər insanlarla müqayisədə virusa yoluxma şansları daha azdır: “Van gölündə çimənlər indiyə qədər koronavirusa yoluxmayıblar. Yoluxanlar isə xəstəliyi yüngül keçiriblər. Van gölünün suyu soda və qələvi ilə zəngindir. Normal dəniz suyu spreylərinə nisbətən pH dəyəri 7-8 arasındadır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password