Ərdoğan Putin görüşü öncəsi gərginlik: Rus qırıcıları İdlibi bombaladı

 

Türkiyə Prezident Ərdoğanla Rusiya Prezidenti Putinin sabah Soçidə keçirəcəyi görüş öncəsi ruslar İdlibə hava hücumlarını çoxaldıb.

Türkiyə mediasının yaydığı xəbərə görə, Rusiya qırıcıları hücumları İdlib, eləcə də Afrində həyata keçirir.

Qırıcılar Afrinin Basil kəndini dünən səhər saat 06:00-da bombalayıb. Rus qırıcıları ikinci hücumda Berade kəndində müxalifət qruplarını hədəfə alıb. Müxalif silahlı qruplara aid kənddəki iki nöqtə iki dəfə bombalanıb.

Daha sonra hava hücumları İdlib bölgəsində müşahidə edilib. Bu istiqamətdə rus qırıcıları 4 hava hücumu həyata keçirib. Hücumlar Türk Silahlı Qüvvələrinin (TSK) Hələb-Lazkiyə əlaqəsini saxlayan İdlibin qərbindəki Eriha yaxınlarında M4 şosesində yerləşməsi ilə paralel baş verməsi diqqəti çəkib.

Rusiya bölgədəki hava hücumlarını gün boyu davam etdirərək müxalif qrupların hərbi təlim mərkəzini hədəfə alıb. Hücumlar zamanı Feylak el Şam, Həmzə qrupu və Əhrar Şarkiya qrupunun mənsubları və mülki şəxlər arasında 20 nəfər ölüb.

Müxalif qrupları hücumlara bəzi bölgələrdə qarşılıq verib. Tiltemirin Dirdara kəndində müşahidə uçuşu həyata keçirən rus helikopterinə hücum edilib. Nəticədə helikopter qalxdığı məkana təcili eniş etməli olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password