Şuşanın möhtəşəm gecə görüntüsü: 3 abidə…

 

Millət vəkili Qənirə Paşayeva Şuşanın mərkəzi meydanında Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün güllələnmiş büstlərini ziyarət edib.

Millət vəkili ermənilərin vəhşiliyinin rəmzi olan bu abidələrin bir vaxtlar dövlətimiz tərəfindən Bakıya aparıldığını xatırladıb. O deyib ki, bir vaxtlar bu abidələrin Şəhidlər Xiyabanında qoyulmasını təklif edirdik:

“Lakin dövlət başçımız Şuşa azad olunduqdan sonra o abidələri haqq etdikləri yerə qaytararaq, ən müdrik qərarı vermiş oldu. Bu qərar dövlət başçımızın uzaqgörənliyinin, qətiyyətinin və haqq işimizin qalibiyyətinə sarsılmaz inamının dəqiq ifadəsidir.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edilmiş əziz Şuşamızın mədəni-mənəvi iqlimi bərpa olunur.

Şuşa azadlıqdan abadlığa keçid dövrünü, quruculuq dövrünü yaşayır. Biz əminik ki, çox yaxın zamanlarda əziz Şuşamız yalnız respublikamızın, Qafqazın deyil, dünyanın ən abad şəhərlərdən biri kimi tanınacaq.

Bu gün hörmətli Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu istiqamətlərdə çox önəmli işlər görür və inanırıq ki, hər üç sənətkarımızın irsi Şuşada ən yüksək səviyyədə yaşadılacaq. Bununla belə, hər bir azərbaycanlı erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri yorulmadan çatdırmalıdır”.

     

    Login

    Welcome! Login in to your account

    Remember me Lost your password?

    Lost Password