Rəisinin yeni komandası: Qərblə danışıqları aparacaq şəxs bilindi
İyun ayında İranda prezident seçkilərində qalib gəlmiş İbrahim Rəisinin yeni kabinet üçün təklif etdiyi 18 nəfərlik siyahı 5 günlük parlament müzakirələrindən təsdiqlənib.
Siyahıdakı 17 nəfər təsdiqlənib, Təhsil Nazirliyinə təklif edilən Hüseyn Bağqolinin namizədliyi isə rədd edilib.
Qərbə qarşı məsafəli siyasəti dəstəkləyən keçmiş nazir müavini Hüseyn Əmir Abdullahiyan İranın yeni xarici işlər naziri olub. Keçmiş prezident Mahmud Əhmədinejad dövründə bir müddət Bəhreyn səfiri olaraq işləyən Abdullahiyan daha sonra o və Həsən Ruhani dövründə xarici işlər nazirinin Ərəb və Afrika məsələləri üzrə müavini vəzifəsində işləyib.
Abdullahiyan son olaraq parlamentin beynəlxalq əlaqələr komitəsi sədrinin köməkçisi postunu tutub. İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın görünən və Qərbə qarşı məsafəli siyasəti dəstəkləyən Abdullahiyanın nüvə anlaşmasını canlandırmaq üçün Qərblə danışıqları fəallaşdıracağı gözlənilir.
İranın xaricdə hərbi-kəşfiyyat əməliyyatlarını həyata keçirən Qüds Qüvvələrinin keçmiş komandanı və Əhmədinejad dövrünün müdafiə naziri olmuş Əhməd Vahidi daxili İşlər naziri, İsmayıl Xatib isə kəşfiyyat naziri (ETTELAAT) vəzifəsini tutub.
Xatib Məşhəd şəhərindəki İmam Rza Türbəsi və Kompleks Vəqfinin keçmiş başçısıdır.
Briqada generalı Məhəmməd Rza Aştiyani Müdafiə Nazirliyinə, Milli Qaz Şirkətinin baş direktoru Cavad Ovji isə Neft Nazirliyinə təyin edilib.
ABŞ-ın sanksiya siyahısında olan və Əhmədinejad dövrünün neft naziri olan SEPAH-ın keçmiş komandanlarından biri Rüstəm Qasımı yol və şəhərsalma naziri olub.
Kabinetdə qadınların və sünnilərin olmaması bəzi millət vəkilləri tərəfindən tənqid edilib.