Psixiatriya bölməsini özbaşına tərk etdiyi bildirilən əsgərin əsir götürülməsi xəbəri yayıldı

 

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

“Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib”, – məlumatda bildirilib.

Qeyd edək ki, konkret.az-in sosial şəbəkələrin erməni seqmentinə istinadən yaydığı məlumatda isə  Azərbaycan hərbçisini Ermənistan tərəfinin əsir götürməsi barədə video görüntülər yayılıb.

Ermənistan Təhlükəsizlik Xidməti xəbəri təsdiqləyərək, guya Cəmil Babayevin Ağdərə istiqamətində sərhədi pozduğunu iddia edir.

SON DƏQİQƏ: Növbəti erməni təxribatı – Azərbaycan əsgəri əsir götürüldü – VİDEO

 

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password