On minlərlə gürcüstanlı soydaşımız vaksin olunmur – “Onlar nə etsinlər? “

 

Azərbaycanda müvəqqəti yaşayan gürcüstanlı soydaşlarımız vaksinasiya oluna bilmir. Bu barədə  “Soydaş” İctimai Birliyindən məlumat verilib.

Qeyd olunur ki, əvvəllər 90 günlük yaşayış hüququ olanlar Sumqayıtda yerləşən 2 saylı şəhər poliklinikasında, 1 ildən artıq yaşayış hüququ əldə edənlər isə Bakıda isə 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) peyvənd olunublar. Hazırda sözügedən poliklinika soydaşlarımıza bu xidməti göstərməkdən imtina edib, “Semaşko” xəstəxanası ilə koronavirus xəstələri qəbul etdiyinə görə bağlanıb.

“Soydaş” İctimai Birliyi qeyd edir ki, qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda 100 mindən artıq gürcüstanlı soydaşımız yaşayır.

Onların yarıdan çoxu 90 günlük qeydiyyatda olanlardır, 3 aydan bir sərhədi keçib qayıdır və yenidən ölkədə qalmaq hüququ əldə edirlər. Pandemiya dövründə sərhədlər bağlı olduğuna görə, onların ölkədə qalma müddəti iki dəfə artırılıb və hər dəfə 31 manat xidmət haqqı alınıb. Soydaşlarımızın əksəriyyəti iaşə sektorunda və günəmuzd olaraq başqa sahələrdə işləyirlər. Sentyabrın 1-dən etibarən COVİD-19 pasportu əldə edə bilməyəcəkləri təqdirdə işlərindən qovulacaq, ictimai nəqliyyata, inzibati binalara, ticarət mərkəzlərinə daxil ola bilməyəcəklər. Bu da on minlərlə soydaşımız üçün fəlakətli vəziyyət deməkdir.

Qeyd edək ki, “Soydaş” İctimai Birliyi problemlə bağlı aidiyyatı dövlət qurumlarına və deputatlara müraciət edib. Millət vəkili Fazil Mustafa sosial şəbəkədəki hesabında bu məsələni biabırçılıq adlandırıb.

“Gürcüstan vətəndaşı olan çoxlu soydaşımız var. Onlar nə etsinlər? Artıq illərdir evləri-eşikləri burada, onlara vaksin vurulmur ki, bəs portalda adınız çıxmır. Müvəqqəti yaşamaq hüququ barədə sənəd tələb edirlər. Çoxusunda da bu sənəd yoxdur“,-deyə o vurğulayıb.

F. Mustafa daha sonra müvafiq qurumlara çağırış edirək problemin həll olunmasını istəyib: “Onların siyahısı hökumətdə olmalıdır, ayrıca olaraq məhz faktiki Azərbaycanda yaşayan Gürcüstan vətəndaşı olan soydaşlarımıza vaksin vurulmalıdır. Onlar bizim qanımızdan, canımızdan deyilmi? Bəlkə onları xəstəxanaya müalicəyə də götürməyək? Bu, nə duyarsızlıqdır?! Sabah bununla bağlı TƏBİB-ə və Səhiyyə Nazirliyinə deputat sorğusu ilə rəsmi müraciət də edəcəyəm. Üst-üstə soydaşlarımızın sayı olsun 100-150 min. Buna vaksinimiz yetməyəcək? Təcili yığışıb bir qərar qəbul etmək lazımdır. Operativ Qərargah da bu ciddi məsələni diqqətdə saxlamalıdır”./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password