COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb

 

“COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, sentyabrın 1-dən Nazirlər Kabinetinin qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində – qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

“Yaşı 18-dən yuxarı olan şəxslərin COVID-19 pasportunun olub-olmaması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “ASAN İcazə” mobil tətbiq vasitəsilə yoxlanılacaq.

Vətəndaşın COVID-19 pasportu olduğu təqdirdə məkanlara buraxılacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password