“Kəlbəcər səfəri təsdiq edir: regionda yeni düzən formalaşıb” – Millət vəkili

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərlərinin siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı işğaldan azad olunun torpaqlarımızın bərpası prosesinin sürətlənməsi baxımdan strateji təsirləri var.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O, prezidentin səfərinin strateji istiqamətlərinə diqqəti çəkib: “Laçında inşa ediləcək Beynəlxalq Hava Limanı, Kəlbəcərdə reallaşan vacib infrastruktur layihələri proseslərin geri dönməziliyini göstərən meyarlardır. Ermənistandakı bəzi revanişt meyillərə baxmayaraq regionda proseslər artıq yeni və geriyə dönməyən mərhələyə qədəm qoyub.

Ermənistan silahlı qüvvələrinin mövqelərimizi yenə də atəşə tutmasına baxmayaraq Azərbaycan bərpa və quruculuq işlərini davam etdirir, bu da ölkəmizin, o cümlədən ordumuzun gücünü göstərən faktorlardandır. Kəlbəcər və Laçın rayonları region üçün mühim coğrafi mövqeyə malikdir və həyata keçirilən bərpa və yenidənqurma işləri strateji mövqelərimizi daha möhkəmləndirəcək.

Müharibədən sonra ölkə rəhbərliyinin Kəlbəcərə səfəri bir daha təsdiq edir ki, artıq regionda yeni düzən formalaşıb və nəinki bölgə ölkələri, eləcə də bizim coğrafiyada marağı olan dövlətlər də bu reallığı nəzərə almalıdırlar”.

Vüqar Bayramov qeyd edib ki, son səfər kifayət qədər həsas olan Cənubi Qafqazda davamlı sülh və inkişafın əldə olunması 44 günlük savaşdan sonra qazandığımız zəfər kontekstində formalaşan reallığa uyğun olaraq kommunikasiyaların bərpası və ölkələrin qarşılıqlı ərazi bütövlüyünü tanımasından keçəcəyini təsdiq edir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password