Azərbaycan tütününün satış qiyməti artıb

 

2021-ci ilin yanvar-iyul ayları ərzində ölkədə 341 200 000 manat dəyərində tütün məmulatı istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, müvafiq dövr ərzində istehsal edilən tütün məmulatlarının həcmi 62,5 faiz artıb.

Təkcə iyul ayı ərzində isə Azərbaycanda 60 000 000 manat dəyərində tütün məhsulu istehsal edilib.

Ötən ilə nisbətən fermentləşdirilmiş tütün məhsullarının istehsalı 71,2 faiz azalsa da, papiros və siqaretlərin istehsal həcmi isə 99,2 faiz artıb. Yeddi ay ərzində 800,4 ton fermentləşdirilmiş tütün, 7 982 200 000 ədəd papiros və siqaret istehsal edilib.

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 3 047 400 dollar dəyərində 1183,1 ton tütün ixrac edilib. İxrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 45,9 faiz, ixrac dəyəri isə 34,5 faiz azalıb.

Bu isə o deməkdir ki, ixrac edilən Azərbaycan tütününün 1 ton üçün satış dəyəri ötən ilin müvafiq dövründə 2 304 668 dollar olubsa, bu ilin yeddi ayında 1 ton üçün satış dəyəri 2 575 776 dollar olub.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password