Qarabağa gedən İran maşınlarına dair daha bir fakt – VİDEO

 

Ermənistanın 5TV telekanılında İrandan gələn yük maşınları ilə bağlı süjet efirə gedib.

Qafan-Goris (Gorus) avtomobil yolunda çəkildiyi bəlli olan süjetidə Azərbaycan mənşəli iranlı sürücü iddia edir ki, onun yük maşınını daşla vurublar.

“Ağayi Həmid” kimi təqdim olunan sürücü ilə söhbət zamanı (yeri gəlmişkən, erməni müxbir onunla Azərbaycan türkcəsində danışır) 5TV əməkdaşı əlinin işarəsi ilə Azərbaycan və Ermənistan ərazilərini  göstərərək maşını məhz azərbaycanlıların daşqalaq etdiyini iddia edir.

Son dərəcə absurd olan bu iddianı hələlik bir kənara qoyaraq qeyd edək ki, İranın Ermənistanla ticarət dövriyyəsində İslam Respublikasının 2 əyaləti ilk sıranı tutur: Şərqi Azərbaycan və Qərbi Azərbaycan.

Bu iki vilayətdən daşınan mal-əmtəə, o cümlədən yanacaq Dağlıq Qarabağ ərazisinə də qanunsuz olaraq daşınır.

İranda milli təəssübkeşliyi ticari mənfəətə qurban verən azərbaycanlılar kimi, istər milli təəssübkeşlik, istərsə də dini həmrəyliyi əsas götürərək bu halı pisləyən iranlılar da azlıqda deyil.

44 günlük İkinci Qarabağ müharibəsi zamanı İran-Ermənistan sərhədindəki Nurduz sərhəd-keçid məntəqəsində Rusiyadan göndərilmiş hərbi təyinatlı “Kamaz” maşınlarını daşlayan, sonra da bir neçəsini odlayan, Azərbaycan Respublikası silahlı qüvvələrinin sərhədyanı ərazilərdəki döyüşlərini izləyən və əsgərlərimizi “Yaşasın Azərbaycan!” sədası ilə alqışlayan cənub soydaşlarımız yaddaşlardan heç vaxt silinməyəcək.

5TV-nin süjetində Ermənistana yük daşıyan maşınları daşlayan da məhz həmin azərbaycanlılardır.

Avqustun 11-də Azərbaycan XİN İran dövlətinə nota verib. Bununla da İslam Respublikasına bir daha başa salınıb ki, rəsmi Bakı öz ərazisinə, yəni Dağlıq Qarabağa qanun yük daşınmaları ilə barışmaq, bu faktlara barmaqarası baxmaq niyyətində deyil.

Ümid edək ki, İran azərbaycanlıları da bu nəticəyə gələcək ki, bir gün həqiqətən Azərbaycan Respublikası ərazisində Azərbaycan vətəndaşları tərəfindən daşqalaq edilə bilərlər. Hətta bundan betəri də ola bilər./yenisabah.az

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password