ABŞ Azərbaycana hərbi yardımı dayandırdı

 

ABŞ Konqresinin Nümayəndələr Palatası Azərbaycana hərbi yardımın dayandırılmasını nəzədə tutan Pallone (təklifi Konqresmen Frenk pallone irəli sürüb) düzəlişini qəbul edib.

Xarici medianın yaydığı xəbərə görə, bu qərar erməni diasporu tərəfindən fəal şəkildə dəstəklənib.

Amerikalı vəkil və siyasətçi, Demokrat Partiyanın üzvü Frenk Pallone konfrans salonunda Azərbaycana maliyyə yardımının dayandırılması təklifini təqdim edib. Nümayəndələr Palatası isə Azərbaycana hərbi yardımı dayandıran Pallone düzəlişini təsdiqləyib. Ermənipərəst Konqresmen hətta qondarma “Artsax” sözünü işlətməkdən də çəkinməyib.

Qeyd edək ki, erməni politoloq Suren Sarkisyan Facebook səhifəsində Bakının Vaşinqtondan son üç ildə təxminən 100 milyon dollar məbləğində hərbi yardım aldığını söyləyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password