İri dövlət şirkətlərinin yarıdan çoxu ötən ilin maliyyə hesabatını verməyib

 

Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərən 13 iri dövlət şirkətinin – açıq və qapalı səhmdar cəmiyyətlərinin 8-i 2020-ci il üzrə maliyyə hesabatını açıqlamayıb.

Bu, apardığımız araşdırma nəticəsində məlum olub.

Söhbət “Azərbaycan Sənaye Korporasiyası”, “Azərxalça”, “Azəristiliktəchizat” və “Azərkontrakt” ASC-lərdən, eləcə də “AzerGold”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Hava Yolları” və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən gedir.

Qalan 5 iri dövlət şirkəti – “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”, “Azərenerji”, “Azərişıq” və “Azərsu” ASC-lər, eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ötən ilin maliyyə hesabatını verib. Bunlardan isə “Azərenerji” və “Azərsu” 2020-ci ili zərərlə, qalanları isə mənfəətlə başa vurub./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password