“Fransa təklif edir ki, ordusu Laçın dəhlizində yerləşsin”

 

Putinin dəvəti ilə Moskvaya gedən prezident İlham Əiyev rusiyalı həmkarıyla təkbətək görüş keçirib. Heç bir yeni sənədin imzalanmadığı görüşdə diqqət çəkən bəzi məqamlar oldu. Bunu Rusiya prezidentinin Paşinyanla görüşü zamanı da müşahidə etdik. Putin həm İlham Əliyev, həm də Paşinyanla görüşü zamanı “Dağlıq Qarabağ problemi” ifadəsini işlətmədi.

Məlum görüşün pərdəarxası məqamları barədə danışan siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev vurğulayıb ki, ölkə başçımızın Rusiyaya səfərləri daha çox dövlətimizə lazım olan anlarda həyata keçirilir:

“Fikrimcə, bu təcili görüşün keçirilməsi daha çox Fransanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi yeni bir qətnamə layihəsi hazırlaması ilə bağlıdır. Çünki Fransa təklif edir ki, Azərbaycanla Ermənistan arasındakı hər iki bəyanat ləğv olunsun, fransız ordusu Laçın dəhlizində yerləşsin. Təbii ki, bütün bunlar əvvəlcədən razılaşdırılmasa, çox ciddi ziyanlara səbəb ola bilər.
Məlumdur ki, Rusiya da BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Azərbaycanın da fəaliyyətə keçməsi bununla bağlıdır. Fransanın həmin qətnaməsinin qəbul edilməməsi üçün Rusiya ilə bərabər Azərbaycan da fəaliyyətə keçəcək. Lakin bunun baş tutacağına inanmıram. Çünki Azərbaycan-İngilitərə ilə münasibətləri yüksək səviyyədədir. Yəni Rusiya ilə Azərbaycan arasındakı danışıqlar masasında olan məsələlərdən birincisi budur”.

C.Nuriyev qeyd edib ki, görüşdə hər iki tərəf mühüm bəyanatlar verdi:

“İlham Əliyev artıq “münaqişədən sonrakı dövr” terminini işlətdi. Rusiya prezidenti də buna etiraz etmədi. O deməkdir ki, münaqişənin başa çatması və Prezidentimizin bəyanatı artıq qəbul olundu. Eyni zamanda “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur və Azərbaycan münaqişəni həll edib. Putinin Əliyevin fikirlərini dəstəkləməsi və həm “Dağlıq Qarabağ”, həm də “münaqişə” terminini işlətməməsi Azərbaycanın bu istiqamətdə apardığı xarici siyasətin müsbət nəticəsidir.

Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələri də möhkəmlənir. Təbii ki, bu, dövlətimiz üçün lazımdır. Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya kimi böyük bir bazara ehtiyacı var. Ona görə bu sahədə işlərin görülməsi müsbət nəticəsini verəcək.

Nə Rusiya, nə də biz köçüb gedənik. Taleyimiz belədir ki, Rusiya ilə qonşuyuq, ən azı qonşuluq münasibətlərinə əməl etməklə sıfır problem siyasətini həyata keçirməliyik. Cənab Prezident də buna çalışır. Rusiyada aparılan təbliğat onu göstərir ki, onlar artıq Prezident Aparatından Azərbaycan əleyhinə işləməmək haqqında göstəriş alıblar. Son 2-3 gün ərzində rus mətbuatında Azərbaycanı dəstəkləyən yazılar daha çoxdur”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password