Əhali sərt qapanmaya hazır olmalıdır – Qorxunc virus qapımızda!

 

“Delta” ştammı “SARS-CoV-2”nin çoxsaylı mutasiyalarından biridir və birinci dəfə Hindistanda tapıldığı üçün həm də Hindistan ştammı adlanır. Burada virusda  P-681R mutasiyası qeyd olunur ki, bu zaman tikanlı zülalın bir fraqmenti dəyişikliyə uğrayır və virus daha yoluxucu xarakter alır”.

Bu sözləri açıqlamasında professor Adil Qeybulla deyib. Həkim bütün yaş qruplarında sözügedən virusun aşkarlana biləcəyini diqqətə çatdırıb:

“O cümlədən 12-20 yaş aralığında olan şəxslərdə də aşkarlanması mümkündür. Xəstəliyin gizli dövrü isə artıq yeddi yox, üç gündür. Yəni virus daha tez aşkarlanır. Bu xəstəliyin əsas əlamətləri halsızlıq, yüksək temperatur, miqren tipli baş ağrısı, boğaz ağrısı, öskürək və burun iltihabıdır. O, “alfa”-Britaniya ştammı ilə müqayisədə 1.85 dəfə yoluxucu sayılır. Artıq 98 ölkədə bu qeydə alınıb və artım davam edir. Ən dəhşətli epidemioloji vəziyyət Hindistandadır. Ölkədə əhali sıxlığı çox, təmaslar yüksək olduğuna görə yoluxma da çox olub. 400 mindən çox insan virus səbəbilə həyatını itirib və çox ciddi vəziyyət yaranıb”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, dünyada dördüncü dalğanın və yeni növ pandemiyanın başlanğıcının qarşısını almaq üçün artıq xeyli işlər görülür, kütləvi vaksinasiya gedir:

“Delta” ştammına qarşı ÜST-nin qeydə aldığı vaksinlər – “Pfizer-BioNTech”, “Moderna”, “Johnson & Johnson” və “AstraZeneca” effektlidir. Əgər epidemioloji vəziyyət pisləşərsə, bu vaksinlərin üçüncü dozasının vurulma ehtimalı da nəzərə alına bilər. Bütün verilən qərarlar və karantin qaydalarının sərtləşdirilib-sərtləşdirilməməsi epidemioloji vəziyyətdən asılıdır. Çünki bu gün Azərbaycanı əhatə edən ölkələrdə bu ştamm tapılıb, hətta Rusiyada situasiya xeyli ciddiləşib, ona görə hesab edirəm ki, Azərbaycan  bunu nəzərə alıb müəyyən karantin tədbirlərinə hazır olmalıdır. Təəssüf ki, əhali karantinin bitdiyi düşüncəsindədir, bu yolverilməzdir. Biz pandemiyanın davam etdiyini anlamalı və sonrakı problemlərin qarşısını almalıyıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password