Azərbaycan vətəndaşları Türkiyədən nə qədər ev alıb?

 

2021-ci ilin iyun ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 164 daşınmaz əmlak alışı həyata keçirib.

Türkiyənin Statistika İdarəsindən əldə olunan məlumata əsasən, ötən ay ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan yeddinci sırada qərarlaşıb.

İyun ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən alışı həyata keçirilən daşınmaz əmlakların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 94 ədəd və ya 2,3 dəfə çoxdur. Əvvəlki ayla (2021-ci il may) müqayisədə isə 117 ədəd və ya 3,5 dəfə çoxdur.

2021-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 1 186 daşınmaz əmlak alıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 30,6 faiz azdır.

Qeyd edək ki, 2021-ci ilin iyun ayında xarici vətəndaşlar tərəfindən ümumi 4 876 daşınmaz əmlakın alışı həyata keçirilib./oxu.az

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password