“Məqsədləri burada xaos yaradaraq, Ərdoğanı devirməkdir” – İngilis araşdırmaçı-jurnalist

 

İngilis araşdırmaçı-jurnalist Aleksandr Merkuris ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş rəhbərlərindən prezidentin müşavirlərinə qədər əhəmiyyətli vəzifələrdə çalışmış siyasətçilər tərəfindən qurulan “Türkiyə Demokratiya Layihəsi” ilə bağlı rezonans doğuran açıqlamalar verib.

O, bu layihənin neokonlar tərəfindən hazırlandığını və ABŞ prezidentinin kemiş müşaviri Con Boltonun bu layihədə “dahi” olaraq qəbul edildiyini bildirib.

Merkuris bunun qəti şəkildə demokratiya layihəsi olmadığını söyləyib.

O, Bolton komandasının ölkələri yenidən dizayn etmək istədiyini və bunu qəbul etməyən ölkələrin də məhv edildiyini vurğulayıb. Neokonların bu dağıdıcılığa nail olmaq üçün bir çox qrupu dəstəklədiklərini bildirən Merkuris onların Türkiyədəki küçə nümayişlərinə də sponsor olduqlarına diqqət çəkib.

Merkuris NATO üzvü olan Türkiyə və ABŞ arasındakı münasibətlərin düşmənçilik həddinə çatdığını, Ankaranın Asiya, Yaxın Şərq və Şərqi Aralıq dənizindəki siyasətinin, eləcə də Rusiyadan silah almasının onu neokonların hədəfinə çevirdiyini bildirib. O, neokonların bu səbəbdən türk dövlətini “anti-demokratik” göstərməyə çalışdıqlarını söyləyib:

“Türkiyə 1920-ci ildən bəri zaman-zaman demokratiyadan uzaqlaşdı və NATO üzvü olsa da, bu onları narahat etmədi. Amma neokonlar indi Türkiyəni parçalamaq, Ərdoğanı isə devirmək istəyirlər”, – ingilis jurnalist qeyd edib.

Merkuris vurğulayıb ki, neokonlar Ukrayna üzərindən hərəkət etməyə çalışsalar da, Rusiya onlara çox sürətli cavab verdi:

“Bolton komandası bu səbəbdən vaxt itirmədən Türkiyəyə yönəldi və “Türkiyə Demokratiya Layihəsi”nə başladı. Amma Türkiyə çox güclü ölkədir. Türkiyədə bir böhran baş verərsə, bu böhran Orta Asiya, Qərbi Asiya, Şərqi Aralıq dənizi, Avropa və hətta ABŞ-a çata bilər. Amma bu həmin komandanı maraqlandırmır. Məqsədləri burada xaos yaradaraq, Ərdoğanı devirməkdir”.

Merkuris bütün neokonların Türkiyəyə qarşı birləşdiyini və böyük bir təbliğatın başlayacağını iddia edib. Amma o, bu kimi həmlələrə qarşı Türkiyənin əlinin güclü olduğunu bildirib.

Merkuris Ərdoğanın Türkiyəni bütün çətinliklərdən xilas edəcək qədər güclü lider olduğunu deyib./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password