Dünyanın ən çox nifrət edilən idmançıları – Ronaldo, Özil…

 

“Pickwise” sosial media araşdırmalarına əsasən, son bir ildə dünyanın ən çox nifrət edilən idmançılarını siyahısını dərc edib.

Siyahının ilk pilləsində sosial mediada 122 min 568 mənfi şərh alan “Los Anceles Leykers”in basketbolçusu Lebron Ceyms qərarlaşıb.

Lebron Ceyms “ilin idmançısı” seçildi

İngiltərə millisinin və “Mançester Yunayted”in hücumçusu Markus Reşford 32 min mənfi şərhlə 2-ci olub.

Markus Reşforddan alqışa layiq addım

Tom Bredi (Amerika futbolu) 28 min mənfi rəylə 3-cü sırada yer alıb. Portuqaliya millisinin və “Yuventus”un hücumçu Kriştiano Ronaldo 8-ci (11 min 757), “Fənərbaxça”nın yarımmüdafiəçisi Məsut Özil 10-cudur (11 min 192).

“Pickwise”ın araşdırmalarına görə, son bir ildə dünyanın ən çox nifrət edilən 10 idmançısı

1. Lebron Ceyms (basketbol) — 122 min 568 mənfi şərh

2. Markus Reşford (futbol) — 32 min 328

3. Tom Bredi (Amerika futbolu) — 28 min 151

4. Kevin Dyurant (basketbol) — 24 min 370

5. Bubba Uolles (NASCAR) — 21 min 750

6. Damian Lillard (basketbol) — 20 min 904

7. Trevor Bauer (beysbol) — 14 min 83

8. Kriştiano Ronaldo (futbol) — 11 min 757

9. Stefen Karri (basketbol) — 11 min 203

10. Məsut Özil (futbol) — 11 min 192/qol.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password