“Əfqanıstanın mövcudluğu risk altındadır” – Abdullah Abdullah

 

Əfqanıstan Milli Barış üzrə Ali Şuranın (HCNR) sədri Abdullah Abdullah, Əfqanıstanın mövcudluğunun və bütövlüyünün şübhə alında olduğunu bildirib. 

“TOLOnews” xəbər verir ki, o, bunu Prezident Sarayında ölkə başçısı Əşrəf Qani və digər hökumət rəsmilərinin iştirak etdiyi məclisin rəhbərlik komitəsinin iclasında deyib: “Həqiqət budur ki, bu gün Əfqanıstanın sağ qalması, təhlükəsizliyi və bütövlüyü, birliyi risk altındadır. Sülhdən yaxşı yol yoxdur. Xarici qoşunların ölkədən çıxarılması ilə müharibə daha da böyüyür. Təəssüf ki, Taliban tərəfi bundan istifadə etdi və xarici qüvvələrin ölkəni tərk etməsi bəzi bölgələrdə boşluq yaratdı”. A.Abdullah deyib ki, ABŞ əsgərlərinin geri çəkilmə müddəti başa çatdıqca, Taliban sülh danışıqlarında çox yavaş addımlar atır, ancaq döyüş sahəsindəki gərginliyi getdikcə artırır. Onun sözlərinə görə, hər iki tərəfin nümayəndələri Dohada görüşsələr də, heç bir irəliləyiş görünmür.

Taliban ölkənin müxtəlif bölgələrini nəzarətə götürdüyünə görə, ABŞ kəşfiyyatı, ölkənin mülki hökumətinin ABŞ qoşunlarının geri çəkilməsindən bir neçə ay sonra terror qruplaşmasının əlinə keçə biləcəyini təxmin edir.

Bu arada, ABŞ-ın Əfqanıstandakı ən yüksək rütbəli generalı Austin Miller, ötən həftə şiddətin artmasının vətəndaş müharibəsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Əfqanıstanda ölümcül toqquşmaların davam etdiyi bir vaxtda yüzlərlə mülki şəxs Əfqanıstanın bir neçə əyalətində hökumət qüvvələrinə dəstək olaraq Talibana qarşı silah götürüb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password