“Xəzər hövzəsində Ankaranın aktivliyi Moskva-Tehran tandemini narahat edir”

 

İran Hərbi Dəniz Qüvvələri (HDQ) bu gün səhər saatlarında Xəzər dənizində təlimlərə başlayıb. “Fars” xəbər agentliyinin yaydığı məlumata görə, təlimlərə müxtəlif növ hərbi gəmilər, çoxsaylı raket sistemləri, təyyarələr, helikopterlər və PUA-lar cəlb olunub.

Təlim zamanı İran silahlı qüvvələrinin dəniz xüsusi təyinatlıları müəyyən şərti əməliyyatlar yerinə yetirəcəklər. Məqalədə qeyd edilir ki, hərbçilər təlimdə ölkənin ərazi sularının qorunması və nəqliyyat xətlərinin dəstəklənməsinə dair hücum və müdafiə “ssenarilərini” reallaşdıracaqlar. Hərbi manevrlərin əsas məqsədinin Xəzər dənizi bölgəsində hərtərəfli təhlükəsizliyi gücləndirmək olduğu bildirilir.

“Bundan əlavə Rusiyada analoji olaraq təlimlərə start verib. Türkiyə və Azərbaycanın birgə təlimləri, Xəzər dənizi hövzəsində Ankaranın aktiv fəaliyyəti Moskva -Tehran tandemini narahat edir”.

Bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, ötən həftə Türkiyə prezidenti və Türkmənistan dövlət başçısı arasında telefon danışığı olub. Bu telefon danışığı əsasən, “Transxəzər” qaz kəmərinin çəkilməsi ətrafında getdiyi istisna deyil.

“Məhz Türkiyənin aktiv vasitəçiliyi ilə 20 ildən artıq davam edən İranın Türkmənistana təzyiqləri neytrallaşdırılaraq Azərbaycanla mübahisəli “Kəpəz” yatağının birgə işlənməsinə razılıq verdi.

Hazırda Ankaranın əsas planı “TransXəzər” qaz kəmərinin dənizin dibi ilə çəkilməsidir. İran və Rusiya bu kəmərin çəkilməsinə qarşıdır. Göründüyü kimi, Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyaya açılımı İranı aktiv hərbi hərəkətlikiyinə səbəb olub. Məhz Xəzər dənizində provakasiyalı təlimləri bu narahatlıqdan irəli gəlir”.

Siyasi şərhçinin sözlərinə görə, İran belə bir təlimlərlə “Transxəzər” qaz kəmərinin çəkilməsinə mane ola bilməyəcək.

“Türkiyənin aktiv siyasi-hərbi və iqtisadi planın regionda qarşısında duruş gətirməsi mümkün deyil. Bu kimi təlimlərlə, Tehran dənizdə militarist siyasət ortaya qoyaraq aktiv neft və qaz infrastrukturlarını təhdid edir.

Regionda və Xəzər hövzəsində baş verən sürətli siyasi-iqtisadi vəziyyət Azərbaycan və Türkiyənin maraqlarına xidmət edir. Prezident İlham Əliyev və R. T. Ərdoğanın Qarabağ müharibəsində uğurlu siyasi gedişləri Mərkəzi Asiyaya enerji sferasına yönəlib”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password