Vüqar Bayramovdan əlilliyin müəyyənləşdirilməsi ilə bağlı təkilf

“Əliliyin təyinatının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun olaraq sağlamlıq imkanlarının məhdudluq səviyyəsinin müəyyənləşdirilməsi prioritet məsələlərdəndir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycanda əlillərin ümumi əhali sayında payı qonşu ölkələr ilə müqayisədə daha azdır:

 

“Əhalimizin 6.4 faizi əlillik statusuna malik olduğu halda bu göstərici Gürcüstanda 12.3 %, Türkiyədə 10,4 %, Rusiyada 8 faiz, İran da isə 15 faizdir. Əlil insanların ümumi əhali sayına nisbəti Avropa Birliyinə üzv olan ölkələrdə 6-10 faiz intervalında dəyişir, ABŞ-da isə 25 faiz əhali hansısa formada əlilik dərəcəsinə malikdir və bunların da bir qismi yaşa görə əlillikdir. Seçilmiş ölkələr üzrə statistikanın təhlili göstərir ki, Azərbaycanda əlillik statusu olan insanların ümumi əhali sayında nisbəti yüksək deyil və bu baxımdan da əlil olub amma status almaqda çətinlik çəkən vətəndaşlarımız üçün daha əlçatan mexanizmlərin tətbiqi vacibdir. İkinci oxunuşun tələblərinə uyğun olaraq qeyd etmək istərdim ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.1. maddəsində əlliyin müəyyən edilməsi müddəti göndəriş elektron sistemə daxil olunduqdan sonra 10 gün və əlavə araşdırmalar tələb olunarsa, o zaman 15 gün müəyyənləşdirilib. Burada qaranlıq məqam 10 iş gününün, yoxsa sadəcə 10 günün nəzərdə tutulması ilə bağlıdır. Məsələn, vətəndaş Novruz Bayramından 1 gün öncə müraciət etsə və bir həftədən çox qeyri-iş günləri olarsa, o zaman onun müraciətinə 10 gün ərzində cavab veriləcəkmi? Əlavə araşdırma üçün 50 faiz artıq günlərin nəzərdə tutulması müddət baxımdan uzun zamandır. Bütövlükdə, bu müddətlərə baxılıb azaldılması daha məqsədəuyğun olardı. “Əmək Məcəlləsi” üzrə təklif edilən layihənin 91-ci maddəsində əlillər və sağlamlıq imkanları məhdud olan vətəndaşlarımız üçün qısaldılmış iş vaxtı nəzərdə tutulub. Bu layihə üzrə 18 yaşından yuxarı əliliyi olan vətəndaşlarımız üçün həftəlik iş saatları 35 saatdan çox ola bilməz”. Bu zaman beynəlxalq praktika nəzərə alınıbmı? Məsələn, Beynəlxalq Əmək Təşkilatı fleksible iş rejimi kontekstindən gündəlik 2-4 saat, həftəlik isə maksimum 20 saat təklif edir. Digər məqam layihədə təklif edilən faiz intervalları ilə bağlıdır. Bu zaman Dünya Səhiyyə Təşkilatının prinsiplərinə istinad edildiyi bildirilir. Sözügedən təşkilatın fərqli ölkələr üzrə WHO Disability Assessment mexanizmindən bu faiz intervalları hazırlanan zaman istifadə olunubmu? Təklif edilən bütün layihələrdə 18 yaşadək vətəndaşlarımız üçün “sağlamlıq imkanlarının məhdudluğu”, “əlilik” sözləri ilə əvəz olunub”.
Bu həmin şəxslərin sosial təminatına necə təsir göstərəcək?
Vüqar Bayramov əlilliyin müəyyənləşdirilməsi ilə bağlı edilən çoxlu müraciətlərin daxil olduğunu nəzərə alaraq aşağıdakıları təklf edib:
“Müraciət edən vətəndaşlarımızın bölgələrdə səyyar qəbulu həyata keçirilsin. Xüsusən sözügedən qrup vətəndaşlarımızın bir sıra hallarda elektron müraciətlərdən istifadə imkanlarının yüksək olmadığını və pandemiyanın yumşaldığını nəzərə alaraq müraciətlərə daha çox əyani baxılması məqəsədəuyğun olardı”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password