Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olundu

 

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.

S/s İmtahanın adı Keçirilmə tarixi
1. – Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

– Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

– Buraxılış imtahanında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı.

1 iyul
2.

Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd:
III ixtisas qrupu 14 iyul
II qrupu 15 iyul
I ixtisas qrupu 27 – 28 iyul
IV ixtisas qrupu 28 iyul

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password