Ermənilər kimə səs verəcəklər: Köçəryana, yoxsa Paşinyana? – YENİ SORĞU

 

Amerika İctimai Fikir İnstitutu (“Gallup”) tərəfindən Ermənistanda növbəti sorğu keçirilib.

Ermənistan mətbuatının xəbərlərinə görə, sorğuda vətəndaşlardan “Bu bazar seçki olsa kimə səs verərdiniz?” soruşulub.

Sorğuda iştirak edənlərin 13,4%-i  seçkidə iştirak etməyəcəklərini bildiriblər.

Keçirilən sorğunun nəticələri aşağıdakı kimi olub:

22,4% – Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına

20,6% – Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokuna

4,2% – Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasına

3,9% – Serj Sarkisyanın rəhbərlik etdiyi “Mənim Şərəfim Var” blokuna

2,9% – “İşıqlı Ermənistan” partiyasına

2,1% – Aram Sarkisyanın (Vazgen Sarkisyanın qardaşı) rəhbərlik etdiyi “Respublika” partiyasına

Digər partiyalar və bloklar 2%-dən də az səs toplayıb.

Məlumat üçün bildirək ki, “Gallup”-ın bir həftə əvvəl keçirdiyi sorğunun nəticəsi aşağıdakı kimi olub:

22,9% – Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına

17,5% – Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokuna

3,8% – Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasına

2,8% – Aram Sarkisyanın (Vazgen Sarkisyanın qardaşı) rəhbərlik etdiyi “Respublika” partiyasına

2,7% – Serj Sarkisyanın rəhbərlik etdiyi “Mənim Şərəfim Var” blokuna

2,3% – “İşıqlı Ermənistan” partiyasına/yeniavaz.com

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password