Azərbaycan anti-terror əməliyyatlarına başlaya bilər

“İkinci Qarabağ savaşının bitməsi və üçtərəfli bəyanatın imzalanmasına baxmayaraq, Ermənistan terrorçuluq niyyətlərindən əl çəkmək fikrində deyil”.
Bu barədə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib. 
Siyasi şərhçi bildirib ki, erməni terrorçularının imzalanmış üçtərəfli bəyanatın şərtlərini pozaraq Kəlbəcər rayonu ərazisində basdırdığı minaların partlaması nətisində Azərbaycanın iki media işçisi həyatını itirdi: 
“Ermənistanın bu cür təxribatçı addımlarının arxasında vəziyyəti daha da gərginləşdirmək və bölgədə uzunmüddətli münaqişəni alovlandırmaq dayanır.
Şübhəsiz ki, münaqişənin yenidən qızışdırılmasında bəzi maraqlı qüvvələr mövcuddur. Bu qüvvələr Ermənistanın həm daxilində, həm də xaricindədir. Hesab edirəm ki, pərdəarxasında rus sülhməramlıları vəziyyətin gərginləşdirilməsində maraqlı kimi görünürlər. Əks halda ermənilərin bu cür təxribatlarının qarşısının alınmasına ciddi cəhdlə çalışardılar. Necə ki, 10 noyabr 2020-ci ildə imzalanmış sənədlərin mürəkkəbi qurumamış Laçın dəhlizinə daxil oldular. Ermənistanı qızışdırıb belə təxribatlara çəkməkdə əsas məqsəd Azərbaycanın dirənc göstərdiyi Zəngəzur dəhlizi məsələsində fikirləri yayındırmaq və məsələni başqa səmtə yönəltməkdir”.
S.Hümbətovun fikrincə, əgər erməni terrorçuları bu yaramaz və təxribatçı fəaliyyətlərini davam etdirərlərsə, Azərbaycan anti-terror əməliyyatlarına başlaya bilər: 
“Türkiyənin öz hərbi bazalarını Qarabağ və ətraf ərazilərdə yerləşdirməsi mümkündür. Rus sülhməramlılarının fəaliyyətinə yenidən baxıla bilər. Baş verən proseslər beynəlxalq səviyyədə müzakirəyə çıxarılmalıdır. Hər vəziyyətdə Ermənistanın atdığı addımlar tam şəkildə regionda stabilliyi pozmaq və münaqişəni yenidən alovlandırmağa hesablanıb”./sherq.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password