“Nə vaxta qədər hay-küy salmaqla məşğul olacağıq”? – Paşinyan erməni müxalifətə əsəbiləşib

 

“Nikol Paşinyan dünən parlamentdə çıxışında  çox maraqlı açıqlamalar etdi. Onun çıxışında bəzi tezis başlıqlarında belə nəticəyə gəlmək olar ki, Paşinyan Ermənistanı ayıltmaq, reallıqları xalqına göstərmək missiyasını yerinə yetirir”.

Bu fikirləri açıqlamasında “REAL”ın icra katibi Natiq Cəfərli səsləndirib. O Paşinyanın çıxışndan bəzi məqamlara diqqət çəkib:

1) Müxalifət mənim 10 noyabr bəyanatına imza atmaqla xəyanət etdiyimi deyir. Amma heç biri söyləyə bilmir ki, “mən gəlsən bu sənəddən imtina edəcəm”, bunu deməyə cürətləri çatmır.

2) Azərbaycanla Ermənistan arasında sərhəd yoxdur. 30 ilə yaxındır ki, olmayıb, biz bu məsələni həll etməliyik. Nə vaxta qədər hay-küy salmaqla məşğul olacağıq?! Sərhədlər dəqiqləşməlidir.

3) Biz sərhədləri dəqiqləşdirməliyik ki, münasibətləri bərpa edə, müharibə təhkükəsini azalda bilək. Bu Ermənistan üçün normallaşma yoludur.

Natiq Cəfərli: Bir "iPhone" almaq üçün 1,2 t pomidor satmaq lazımdır - VİDEO

Natiq Cəfərli əlavə edib ki, Nikol Paşinyan üstüörtülü danışdı, məsələni bir az açmaq lazımdır: “Ermənistan cəmiyyəti son 26 ildə tam arxayınlaşdı. Onlar üçün Ermənistan sərhədi Tərtərdən Ağcabədidən, Bərdədən, Horadizdən, Gədəbəydən başlayırdı. Ağcabədidən İrəvana 400 km məsafə var idi, bu gün Azərbaycan əsgəri Qubadlıda, Laçında, Kəlbəcərdə İrəvandan cəmi 100-150 km dən bir az çox məsafədə dayanıb. Ermənistanın Kafan şəhərindən isə 5-10 km aralıdadır. Bu yeni konfiqurasiyadır, Ermənistan əhalisinin böyük bir hissəsinin son 26 illik beyini bunu həzm edə bilmir, anlamır, reallıqla barışmır. Nikol isə Ermənistanı ayıltmaq, reallığı göstərmək missiyasını davam etdirir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password