Düşənbədə olan nazirə şok xəbər: “Paşinyan Bakı ilə anlaşır”

 

Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiya sənədinin imzalanacağı məlum olduqdan sonra Ermənistanla Xarici İşlər Nazirliyində gərginlik hökm sürür.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet qeyd edib ki, xarici işlər naziri Ara Ayvazyan sənəd haqda KTMT Nazirlər Şurasının Düşənbədə keçirilən iclasında öyrənib. Nazirin vəkili Avet Adonts Xarici İşlər Nazirliyinin razılaşmanın hazırlanmasından xəbərdar olmadığını söyləyib. Nazirliyin indi Baş nazir Nikol Paşinyanın qərarlarından son dərəcə narazı olduğu iddia edilib. Bundan sonra Ayvazyan və müavinlərinin istefa barədə düşündükləri deyilib.

Qəzetin yazdığına görə, Ayvazyan Düşənbədə digər ölkələrdən olan həmkarlarına İrəvana gəldikdən sonra istefa məktubu yazacağını söyləyərək vidalaşıb.

Paşinyanın istefa vermək istəyən nazirə “nəhəng diplomatik iş”in getməsi barədə üstüörtülü məlumat verdiyi də bildirilib.

“Hraparak” qeyd edib ki, Ayvazyan sənədin hazırlanmasında ümumiyyətlə iştirak etməyib, bunun Ermənistanın təhlükəsizlik orqanlarının rəhbərləri və Paşinyan tərəfindən hazırlandığı deyilib.

Bəzi iddialara görə, Nikol Paşinyan diplomatik korpusdan gizli danışıqlar aparıb, bunları yalnız baş nazirin müavini Tiqran Avinyan və baş nazir administrasiyasının rəhbəri Arsen Torosyan bilir. Sənədə görə, Paşinyan Qazaxın 7, Naxçıvanın 1 kəndini və bir neçə vacib yüksəkliyi Azərbaycana təhvil verəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password