İƏT Türkiyənin təşəbbüsü ilə toplandı: Üç təklif…

 

Qüds və Fələstində meydana gələn İsrailin militarist əməllərinə dair İslam Əməkdaşlıq Təşkilatı Nümayəndələr Komitəsi Türkiyənin təşəbbüsü ilə Ciddədə toplanıb.

Bu barədə Türkiyə mediası öz mənbələrinə istinadən yazıb.

İsrail məhkəmə sisteminin Fələstinlə bağlı qəbul etdiyi bütün qərarları etibarsız elan edən komitə iclas zamanı Türkiyənin irəli sürdüyü üç təkliflə bağlı ortaq məxrəcə gəlib.

Türkiyə İslam Əməkdaşlıq Təşkilatı, Xarici İşlər Nazirləri Şurası və ya icra heyətinin ən qısa müddətdə toplanması ilə BMT Baş Assambleyasını təcili iclasa çağırmaq təklifini irəli sürüb.

Digər təkliflər isə Fələstinə beynəlxalq müdafiə qüvvəsinin göndərilməsi də daxil olmaqla, qoruma mexanizminin qurulmasına dair səylərin sürətləndirilməsi məqsədilə BMT-dəki İƏT qrupunun hərəkətə keçməsi olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password