Eli Naxt: “Bu, Baydenin Ərdoğandan qisas almaq niyyətidir”

Qondarma “erməni soyqırımı”nın tanınması dağıdıcı fəsadlara səbəb olacaq.

Bunu açıqlamasında israilli ekspert, vəkil Eli Naxt deyib.

Onun sözlərinə görə, qondarma “erməni soyqırımı”nın tanınması ədalət axtarışı demək deyil:

“Mənim fikrimcə, bu, Bayden administrasiyasının Suriya məsələsində, “Cənub axını” qaz kəməri layihəsində, S-400 zenit-raket komplekslərinin alınması məsələsində fikir ayrılıqlarına görə Prezident Ərdoğandan qisas almaq niyyətidir”.

Ekspert bildirib ki, qondarma “erməni soyqırımı”nın tanınması ilk növbədə ABŞ-ın özü üçün qeyri-məhsuldar rəmzi addım olacaq:

“Bu addım dağıdıcı fəsadlara gətirib çıxaracaq və ABŞ-Türkiyə münasibətlərində destabilizasiyaya, eləcə də Azərbaycanla ABŞ arasında münasibətlərdə çətinliklərə yol açacaq. Eyni zamanda bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına da kömək etməyəcək”.

E.Naxt əlavə edib ki, bu addımın əvəzində ABŞ heç bir siyasi dividend qazanmayacaq:

“Qərar qəbul edərkən Prezidend Bayden emosiyalarını yox, öz ölkəsinin geosiyasi maraqlarını rəhbər tutmalıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password