Azərbaycandakı kredit ittifaqlarının zərəri dəyişməyib

Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü 0,6 milyon manat zərərlə başa vurub.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən eynidir.

Yanvar-mart aylarında kredit ittifaqlarının gəlirləri 0,7 milyon manat (illik müqayisədə 12,5 % az), xərcləri 0,2 milyon manat (dəyişməyib), xüsusi ehtiyatlara ayırmaları isə 1 milyon manat (9,1% az) təşkil edib.

Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 15,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,4 % azdır. Bunun 13,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlədir. Son 1 ildə sektorun kredit portfeli 5,6 % kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 9,4 % azalaraq 5,8 milyon manata, balans kapitalı isə 1 % azalaraq 9,5 milyon manata düşüb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password