Baydenə təzyiqlər artıb: ““Erməni soyqırımı” ifadəsini işlətsin,amma…”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Haber-Türk”ə müsahibəsində bildirib ki, beynəlxalq hüquqa hörməti varsa, ABŞ prezidenti “erməni soyqırımı” deməməlidir. Nazir qeyd edib ki, ABŞ prezidentinin 24 apreldə hüquqi əsası olmayan “erməni soyqırımı” ifadəsini səsləndirərsə bu, Türkiyə-ABŞ münasibətlərinə xələl gətirə bilər:
“Amma biz cənab Bayden nə deyəcək əndişəsini də çəkməməliyik, çünki bu tarixi həqiqətləri və erməni iddialarının əsassız olduğunu dəyişmir”.
Mövzu barədə fikirlərini bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, aprelin 24-nə sayılı günlər qaldıqca, erməni lobbisinin fəaliyyəti artıb:
“Konqresmenlər vasitəsilə Cozef Baydenə təzyiqlər də çoxalıb ki, “erməni soyqırımı” ifadəsini işlətsin. Düşünürəm ki, Bayden keçmişdə erməni lobbisinə nə qədər sıx bağlı olub Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişlərin müəllifi olsa da, bu məsələyə bir az ehtiyatlı yanaşa bilər.
Məsələn, Amerikanın keçmiş prezidenti Barak Obama da erməni lobbisinə çox söz vermişdi, 8 il prezident oldu və “erməni soyqırımı” ifadəsini yox, erməni faciəsi sözünü işlətdi. Bayden də bu yolla gedə bilər”.
E.Şahinoğlunun fikrincə, Bayden “soyqırım” sözünü işlətsə belə, bunu böyük faciə kimi qəbul etmək olmaz:
“Hətta Çavuşoğlu da müsahibəsində açıq söyləyib ki, bəli, bu ifadənin işlənməsi mənfi qarşılanacaq, amma bundan böyük faciə düzəltmək lazım  deyil. Ona qalsa, bəzi Qərb ölkələrinin parlamenti “erməni soyqırımı”nı tanıyıblar, bu, nəyi dəyişib ki?
Gərək Bayden özü fikirləşə ki, belə ifadə səsləndirməklə Azərbaycan və Türkiyə ilə münasibətlərə xələl gətirmiş olur.
Çünki Azərbaycanla Türkiyə Qərbə, xüsusilə Amerikaya lazımdır. Ona görə də Bayden məntiqlə yanaşsa, “soyqırım” yox, alternativ olaraq fərqli ifadə işlətməlidir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password