“Putinə hücum – ölkəmizə hücumdur” – Dövlət Dumasının sədri

 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Baydenin Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putin barədə söylədikləri «gücsüzlüyün doğurduğu isterikadır» və Rusiya vətəndaşlarını təhqirdir.

Bu barədə martın 17-də Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün teleqram-kanalında bəyan edib.

«Bayden öz bəyanatı ilə bizim ölkəmizin vətəndaşlarını təhqir edib. Bu, gücsüzlüyün doğurduğu isterikadır – Volodin yazıb – Putin bizim prezidentimizdir, ona hücumlar bizim ölkəmizə hücum deməkdir!»

Volodinin sözlərinə görə, Baydenin bugünkü bəyanatı «sağlam düşüncəyə sığmır».

«Demokratik prinsiplərin və mənəviyyatın daşıyıcısı roluna iddia edən ölkənin rəhbəri özünü belə apara bilməz. Bizim dövlətin başçısı barədə belə danışmaq üçün heç kimin ixtiyarı yoxdur – spiker hesab edir – Buna tək bircə izah tapmaq mümkündür: Bizim ölkə üçün problem yaratmaq yolunda ABŞ-ın etdiklərinin hamısı – sanksiylar, təhdidlər, şantajlar, daxili işlərə qarışmalar – iflas edib. Bu, güsüzlüyün doğurduğu isterikadır».

Volodin xatırladıb ki, ABŞ prezidentləri bundan əvvəl də SSRİ-yə yönəlik tənqidi əhvalda olublar, ancaq konstruktiv çıxış ediblər. Bu, Franklin Ruzveltə və Con Kennediyə aiddir – onlar Nikita Xruşovla birlikdə nüvə müharibəsinin qarşısını ala biliblər, Riçard Niksona və Donald Trampa aiddir ki, gərginliyin azaldılmasına nail olublar – hər zaman dövlət başçısı səviyyəsinə uyğun gəliblər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password