Azərbaycan Ordusu ermənilərə axtarışı qadağan etdi
Qarabağda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb.
Bu barədə erməni mətbuatı yazıb.
Şəxsiyyətini təyin etmək üçün meyit məhkəmə-tibbi ekspertizasına göndərilib.
Bununla da 14 noyabr 2020-ci ildən indiyədək Qarabağdakı döyüş meydanlarında tapılan erməni meyitlərinin sayı 1345-ə çatıb.
***
Erməni axtarış qrupları bu gün Qarabağda axtarış apara bilmədiklərini deyiblər. Onların sözlərinə görə, bunu Azərbaycan Ordusu qadağan edib.
Azərbaycan Ordusu qadağanın səbəbini açıqlamayıb.