ABŞ Rusiyanın daxili işlərinə müdaxilə edir – Zaxarova

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ və qlobal internet şirkətlərinin Rusiyanın daxili işlərinə müdaxilə etdiyini bildirib.

Bu barədə “Rossiya 1” telekanalına danışan Zaxarova ABŞ-ın Moskvadakı səfirliyinin 23 yanvarda Rusiyanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarını dəstəklədiyini və bunun daxili işlərə kobud müdaxilə olduğunu vurğulayıb.

Mətbuat katibi ABŞ internet nəhənglərinin etiraz aksiyaları zamanı hərəkətə keçdiyini qeyd edib: “ABŞ şirkətlərinin bu hərəkətləri mümkün reaksiya baxımından araşdırılır. Bu reaksiya yalnız açıqlama və ya izahat formasında olmayacaq, konkret tədbirlər tələb olunur”.

Rusiya XİN-in sözçüsü qlobal internet şirkətlərinin müəyyən qaydalar çərçivəsində hərəkət etməli olduqlarını vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password