Bu gün Türkiyə təkcə Azərbaycana yox, bütövlükdə Cənubi Qafqaza gəlir

 

“Türkiyəli hərbçilərin Azərbaycana – Qarabağa gələrək burada rus hərbçilərlə birgə monitorinq aparması çox böyük, hətta deyərdim ki, tarixi hadisədir. Bu gün Türkiyə təkcə Azərbaycana yox, bütövlükdə Cənubi Qafqaza gəlir”.

Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli: “Heydər Əliyev məsləhət gördü ki,...”

Politoloqun sözlərinə görə, bu gün cəsarətlə demək olar ki, Cənubi Qafqazın taleyüklü məsələləri artıq Türkiyəsiz həll edilə bilməyəcək: “Hətta bu məsələdə Türkiyənin rolu NATO üzrə müttəfiqləri olan hər bir ölkədən üstündür. Mən deyərdim ki, tədricən inkişaf prosesində Türkiyənin Cənubi Qafqazdakı mövqeyi Rusiyanın mövqeyini də üstələyəcək. Bölgədə tək güc halına gələcək. Türkiyənin monitoriq mərkəzində yer alması Azərbaycanın da mövqelərini xeyli möhkəmləndirəcək. Bu, iki ölkə arasındakı əlaqələrin daha da dərinləşməsi və hətta deyərdim ki, əbədiləşməsi anlamına gələn bir prosesdir”.

Politoloq bu Monitorinq Mərkəzinin timsalında artıq Türkiyə ordusunu Azərbaycanın hər yerində gördüyünü söyləyib: “Olmasa da görürəm. Bakıda, Gəncədə, Qarabağın hər yerində görürəm, fikrimcə, bu hadisə hər bir Azərbaycan vətəndaşını qanadlandırır. Eyni zamanda, hər bir vətəndaşımıza böyük ruh yüksəkliyi aşılamalıdır. Birmənalı şəkildə qeyd etməliyik ki, ölkəmiz Cənubi Qafqazın lider respublikasıdır. Bu bölgənin geosiyasi məsələləri Türkiyə ilə Azərbaycanın yaxından iştirakı ilə həll edilir. Azərbaycan işğaldan azad edilmiş ərazilərin canlandırılması, böyük qayıdış proqramının həyata keçirilməsindən sonra Beynəlxalq münasibətlər sistemində qardaş Türkiyə ilə birgə daha dinamik, daha çevik rol oynayacaq. İndi də elədir. Amma ölkəmizin potensialı birə-beş artdıqdan sonra Azərbaycanla dünyanın hər bir ölkəsi hesablaşmaq məcburiyyətində qalacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password