“6 ölkədən 5-i razıdır, bircə Ermənistan…” – Politoloq

“Azərbaycan və Türkiyə prezidentləri Bakıda keçirdikləri son ortaq mətbuat konfransında müharibədən sonra bölgədə “Altılıq formatı”nın (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) yaradıla biləcəyini söylədilər. İran xarici işlər naziri Bakıda olarkən Tehranın bu formata tərəfdar olduğunu söylədi. Gürcüstan prezidenti də son açıqlamalarının birində “Altılıq formatı”na maraq göstərdiklərini dedi”.

Bu fikirləri politoloq Elxan Şahinoğlu “Altılıq formatı”nın yaradılmasını şərh edərkən deyib.

Politoloq xatırladıb ki, Rusiyanın xarici işlər naziri bu gün iranlı həmkarı ilə Moskvada görüşündə bunları deyib:

“İran, Türkiyə və Gürcüstan da bölgənin dinc və firavan yaşamasında maraqlıdır: “Üç Qafqaz respublikasının Rusiya, İran və Türkiyənin iştirakı ilə, yeni reallıqları – müharibənin olmamasını və bütün blokadaların aradan qaldırılması barədə razılığın əldə edildiyini nəzərə alaraq, yeni münasibətlər qurması barədə təşəbbüslər səsləndiririlir”.
Başqa sözlə, Moskva da Bakı və Ankaranın təklif etdiyi “altılıq formatı”nın əleyhinə deyil. Bircə Ermənistan nala-mıxa vurur”.

E.Şahinoğlu deyib ki, Ermənistan müharibədə məğlubiyyətinin həzmetmə dövrünü yaşayır, başlarını itiriblər, ona görə regional əməkdaşlıqdan danışmağa halları yoxdur.

“Halları olmasa da, 11 yanvarda Moskvada əldə edilən razılaşmaya görə, İrəvan Bakı ilə kommunikasiya xətlərinin açılması müzakirələrinə başlamalıdır. Çünki martın 1-nə qədər konkret plan liderlərin masası üzərində olmalıdır. İrəvan məsələni uzaqbaşı bir-iki ay gecikdirə bilər, sonra Moskva qarşısında hesabat verməlidir. Dağlıq Qarabağın statusu Azərbaycanı maraqlandırmadığı kimi Rusiyanı da maraqlandırmır. 6 ölkədən 5-i regional əməkdaşlığın başlanmasını gözləyir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password