“Rusiya bu iki faktorla hesablaşmaq məcburiyyətindədir” – Politoloqdan ilginc şərh

 

Elxan Şahinoğlu: “Türkiyə Cənubi Qafqazda mövcuddur və Azərbaycanın müttəfiqidir”.

Bu gün Rusiya və Türkiyə prezidentləri arasında növbəti telefon danışığı baş tutub. Tərəflər bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağın vəziyyəti haqda müzakirələr aparıblar. Prezidentlər Ağdamda fəaliyyət göstərən monitorinq mərkəzinin işinə də toxunaraq, normal fəaliyyət göstərdiyini vurğulayıblar.

Mövzu ətrafında açıqlama verən politoloq Elxan Şahinoğlu deyir ki, Rusiya və Türkiyə prezidentləri nə qədər çox Qarabağı müzakirə etsələr, Azərbaycan üçün bir o qədər yaxşıdır: “Rusiya uzun illər Türkiyənin Cənubi Qafqazda varlığını qəbul etməyib. Ancaq 44 günlük Vətən müharibəsi Türkiyənin bölgədə və Cənubi Qafqazda varlığını sübuta yetirdi. Rusiya isə bu amili qəbul etmək məcburiyyətində qaldı. Təsadüfi deyil ki, müharibə vaxtı Rusiya rəsmilərinin ən çox təmasda olduğu şəxslər Türkiyə nümayəndələri idi. Rusiya prezidenti tez-tez Ərdoğanla danışırdı, müdafiə naziri Serqey Şoyqu isə Hulusi Akarla əlaqə saxlayırdı. Sübut olundu ki, Türkiyə Cənubi Qafqazda mövcuddur və Azərbaycanın müttəfiqidir. Türkiyə Azərbaycanın məğlub olmasını və torpaqlarının işğal altında qalmasını istəməz. Ona görə də, Türkiyə Azərbaycana hərtərəfli dəstək oldu. Bunu Rusiya gördü, anladı və başa düşdü ki, Türkiyəsiz keçinmək mümkün olmayacaq”.

Картинки по запросу "Elxan Şahinoğlu"

Elxan Şahinoğlunun sözlərinə görə, müharibədən sonra da Rusiya rəsmiləri ən çox türkiyəli həmkarları ilə təmasda olurlar: “Ağdamda Monitorinq Mərkəzi fəaliyyətə başlayıb və bunun bizə xeyiri var. Nə qədər ki, Türkiyə bölgədə mövcuddur və mövqeyini  qoruya bilir, bu Azərbaycanın da maraqlarına xidmət edir. Rusiya rəsmilərinin türkiyəli həmkarları ilə təmasda olmasının da bizim üçün önəmi mövcuddur. Çünki Türkiyənin maraqları Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsindən keçir. Ermənilər də artıq bu amillə hesablaşmaq məcburiyyətində qalıblar. Uzun müddət ermənilər Rusiyaya yaltaqlanmağa çalışırdılar ki, Türkiyə bölgəyə buraxılmasın. Amma bu mümkün olmadı. Ermənilər artıq Türkiyəsiz keçinməyin mümkün olmayacağını, Rusiyanın da istənilən addımını Türkiyə ilə müzakirə etdiyini anlayırlar. Ermənistanın xarici işlər nazirinin “Türkiyə ilə sərhədlər açıla bilər” ifadəsi də bunun bariz sübutudur. Türkiyənin hərbi qüdrəti daha da artıb. Artıq Azərbaycan torpaqlarının yenidən işğalına Türkiyə heç vaxt imkan verməz. Bu çox vacib və güclü amildir, Rusiya bu amillə hesablaşır. Müharibə regionda vəziyyəti dəyişdi. Bir tərəfdən Azərbaycan öz torpaqlarını geri qaytardı, digər tərəfdən isə Türkiyənin bölgədəki rolu təsdiq olundu. Bu iki faktorla Rusiya hesablaşmaq məcburiyyətindədir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password