“Arayik Arutyunyan itirilmiş ərazilərdəki bütün mülklərini bir il əvvəl satmışdı” – Minasyan

 

“Paşinyan hakimiyyətə gəldikdən sonra Arayik Arutyunyan, Parlamentin sədri Ararat Mirzoyan vasitəsilə Paşinyana sadiq olduğunu elan etdi. Ancaq bunu yeni hökumətə sədaqətindən yox, bütün soyğunçuluq və korrupsiya faktlarının ortaya çıxacağından qorxduğu üçün etdi. Razılaşdılar və razılaşmaların ilk mərhələsi Ararat Mirzoyan və Arayik Arutyunyan gizli danışıqlar aparmaq üçün Romaya getdilər. Görüşdə Arutyunyanın istəyi ilə tanınmış bir iş adamı – erməni diasporunun nümayəndəsi də iştirak etdi. O da müqavilələrin qarantı oldu”.

 Bu məlumatı Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan özünün facebookda canlı yayım zamanı söyləyib.

“Arayik Arutyunyan itirilmiş ərazilərdəki bütün mülklərini bir il əvvəl satmışdı” – Minasyan

Məlumatda deyilir: “Daha sonra Paşinyan, ərazilərin təslim edilməsi proqramını həyata keçirmək üçün Arutyunyana qarşı mövcud kompromatlardan istifadə etdi. Bir il yarım əvvəl Nikol Paşinyan, Ararat Mirzoyan, Arayik Arutyunyan və vaxtilə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini tutan Kamo Agacanyan arasında görüş baş tutdu. Hamısı Nikol Paşinyanın təqdim etdiyi proqramı müzakirə etdilər. Bir il yarım əvvəl Paşinyan Arutyunyana hansı proseslərə qatılmalı olduqlarını söylədi. İnanılmaz görünə biləcəyini bilirəm. İnanmağın çətin olduğunu bilirəm. Ancaq deyirlər ki, son bir ildə Arayik Arutyunyan və Kamo Ağacanyan Cəbrayıl, Füzuli və  Hadrutda özlərinə və yaxınlarına məxsus bütün müəssisələri satdılar. Yeri gəlmişkən, Hadrutdakı bağlar yarı qiymətə satıldı və Arutyunyan alıcılara lazımi vəsaiti tapmaqda şəxsən kömək etdi”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password