Prezident “Azərxalça” ASC-nin İdarə Heyətinin sədrini vəzifəsindən azad edib

Prezident İlham Əliyev Vidadi Muradovun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Vidadi Aydın oğlu Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin.

Aktualinfo.org xatırladır ki, dünən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməsi, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Baş Prokurorluq məlumat yaymışdı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password