“Sözbütöv adamdır” – Ərdoğan da Putini təriflədi

 

“Rusiya prezidenti Vladimir Putin ilə tanış olandan indiyədək mən onu verdiyi sözə əməl edən şəxs kimi tanıyıram. İkitərəfli əlaqələrimiz başqa ölkələrə nümunə olacaq səviyyədədir”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.

“İndiyədək sürdürdüyümüz münasibətləri bundan sonra da eyni şəkildə davam etdirəcəyik. Hərbi, diplomatik, iqtisadi, mədəni sahələrdə birgə fəaliyyət göstərdik və göstərəcəyik. Ticarət həcminə gəldikdə isə hədəflərimiz eynidir”, – Ərdoğan rusiyalı həmkarı haqqında danışarkən vurğulayıb.

R.T.Ərdoğan deyib ki, V.Putin sözbütöv və kişi adamdır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password